Empati qurmaq

Empati və Emosional Zəkanın İnkişafı

P29


    Təlim:

    Empati və Emosional Zəka İnkişafı.
    Məqsəd: İştirakçılara iş yoldaşlarının və müştərilərinin ehtiyaclarını anlamaq, empati qurmaq və münasibətləri gücləndirmək bacarığı qazandırmaq.
    Hədəf Auditoriya: Qarşısındakı insanı anlamaq və keyfiyyətli münasibətlər qurmaq istəyənlər.
    Tövsiyə Olunan Alətlər və Yöntəmlər: Rol oyunları, simulyasiyalar, emosional zəka qiymətləndirmə vasitələri, mütəxəssislərlə söhbətlər, hadisə analizləri.

    Təlimdə Nələr Var?

    1. Emosional Zəka: Emosional zəka bacarıqları; öz duyğularını anlama, tanıma və idarəetmə texnikaları.
    2. Empati Bacarıqları: Başqalarının duyğularını anlama və onlara cavab vermə bacarığı; empati inkişaf etdirmə strategiyaları və empatik dinləmə qabiliyyəti.
    3. Münasibət İdarəetməsində Empati: Sağlam münasibətlər üçün empatik ünsiyyətin qurulması və saxlanılması texnikaları; empatik ünsiyyətin idarə edilməsi və münaqişələrin həlli bacarıqları.
    4. Müştəri Yönümlü Empati: Xidmət və satış proseslərində müştəri təcrübəsini anlamaq və müştəri ilə empatik ünsiyyət qurmaq bacarığı.
    5. Komanda Daxili Dəstək və Empati: Empatik liderlik bacarıqları; komanda daxilində motivasiya təmin etmə texnikaları; liderlikdə emosional zəkanın istifadəsi strategiyaları.
    6. Böhran İdarəetməsində Empati və Emosional Zəka: Təzyiq altında emosional zəka bacarıqlarından istifadə strategiyaları; çətin işçilərlə və müştərilərlə ünsiyyət və münasibət qurma texnikaları.