İnsan mərkəzliliyi

İnsan Münasibətləri və Empati Bacarıqları

P14


    Təlim:

    İnsan Münasibətləri və Empati Bacarığı.
    Məqsəd: İştirakçıların empati və effektiv ünsiyyət bacarıqlarını inkişaf etdirmək; şəxsi və peşəkar həyatda insan mərkəzli yanaşmanı mənimsəmələrini təmin etmək.
    Hədəf Auditoriya: Ətrafındakı insanlara özlərinin vacib və dəyərli olduqlarını hiss etdirmək istəyənlər.
    Tövsiyə Olunan Alətlər və Yöntəmlər: Sorğular, qrup işləri, rol oyunları, sosial öyrənmə platformaları, hadisə analizləri.

    Təlimdə Nələr Var?

    1. İnsan Münasibətlərinin Əsas Prinsipləri: Effektiv ünsiyyət qurma bacarığı; konstruktiv geri bildirim alma və vermə texnikaları; aktiv dinləmə qabiliyyəti; mənfi vəziyyətləri konstruktiv şəkildə həll etmə texnikaları.
    2. Empati Bacarıqları: Öz duyğularını və başqalarının duyğularını tanıma, anlama və idarəetmə bacarığı; ünsiyyət maneələrini aşkar edib aradan qaldırma üsulları; empatik ünsiyyət qurma texnikaları.
    3. Münasibətlərin İdarə Edilməsi və Güvən Yaratma: Münasibətlərdə güvən yaratma və hörməti qoruma üsulları; iş mühitində insan münasibətlərini gücləndirmə üsulları.
    4. Liderlikdə Empati: Komanda üzvlərinin emosional vəziyyətlərini anlama bacarığı; empatik ünsiyyət bacarıqlarından istifadə edərək komanda üzvlərini motivasiya etmə bacarığı; komanda daxilində güvən və bağlılığı qurma texnikaları.
    5. İşçi və Müştəri Məmnuniyyəti: İnsan mərkəzli iş prosesləri inkişaf etdirmə bacarığı; müştərilərlə empatik ünsiyyət qurma bacarığı.
    6. İnsan Mərkəzli Təşkilat Mədəniyyəti: Fərqli mədəniyyətlərə və təcrübələrə malik fərdlərin uyğunlaşma və güvən içində işləyə biləcəyi bir şirkət mədəniyyəti yaratma bacarığı.